Moskva mərkəzində silahlı oğurluq - Video

moskva-merkezinde-silahli-ogurluq
Oxunma sayı: 2371

Rusiyanın Moskva şəhərinin mərkəzində silahlı oğurluq olub. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

Agentliyin məlumatına görə, hadisə Paveletsk meydanında baş verib. Belə ki, bankdan çıxan kişiyə yaxınlaşan iki naməlum şəxsdən biri ona atəş açıb. Onlar onun əlindəki pulla dolu çantanı götürüb qaçıb. "Kanal 112" çantada cəmi 10 min rubl pulun olduğunu yazıb. 

Zərərçəkən hadisə yerinə yetişən həkim briqadasına təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Cinayətkarların axtarışı davam etdirilir.