“Mövqeyimizi Bakıda açıqlayacağam” – NATO baş katibi

movqeyimizi-bakida-aciqlayacagam-nato-bas-katibi
Oxunma sayı: 636

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə NATO baş katibinin özü İrəvan Dövlət Universitetində sualları cavablandırarkən deyib: “Sabah Bakıya gedirəm və orada bu məsələ ilə bağlı mövqeyimizi mütləq bildirəcəm.

Mən əminəm ki, bu, Ermənistanda narahatlıqla qarşılanıb. Sizi başa düşürəm. Lakin icazə verin qeyd edim ki, biz bu regionda yenidən münaqişəyə qayıtmaq istəmirik. Bu, region üçün böyük iqtisadi və siyasi iflas olacaq. Bu nə Ermənistanın, nə Azərbaycanın, nə də NATO-nun maraqlarındadır. Bütün bunlar sülh danışıqlarına mane olmamalıdır”.