MTRŞ ATV-yə xəbərdarlıq etdi - Aşıqların davasına görə

mtrs-atv-ye-xeberdarliq-etdi
Oxunma sayı: 4067

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.“Qafqazinfo”  xəbər verir ki, MTRŞ-nın iclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib.

Bildirilib ki, ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan olunub.