“Münasibətlərimiz bundan sonra da dostluq ruhunda inkişaf edəcək”

munasibetlerimiz-bundan-sonra-da-dostluq-ruhunda-inkisaf-edecek
Oxunma sayı: 896

Prezident İlham Əliyev Malta prezidenti Mari-Luiz Koleyro Prekaya təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Malta münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.