Muratla Aslını ayıran qız yarışmadan qovuldu - Video

muratla-aslini-ayiran-qiz-yarismadan-qovuldu
Oxunma sayı: 1308

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur və qalmaqallı yarışma proqramı olan “İşte benim stilim”in yeni bölümündə adı müğənni Murat Bozla hallanan iştirakçı Bahar Candan verilişdən çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, münsiflər heyətində əyləşən stilist Kamal Doğulu Baharın adını çəkincə o, ağlamağa başlayaraq “Siz deyil, mən özümü verilişdən kənarlaşdırıram” deyib.

K. Doğulu isə “Biz onsuz da səni əvvəlcədən çıxarmışdıq” cavabını verib. 

Proqramın aparıcı və münsiflər heyəti Bahar Candanı verilişdən nə üçün çıxardıqlarını açıqlamayıblar. 

Qeyd edək ki, Murat Bozun “İşte benim stilim”in iştirakçıları Bahar-Nihal Candan bacıları ilə aparıcı Eser Yenenlerin villasında əyləndiyi və buna görə də sevgilisi, aktrisa Aslı Enver ilə ayrıldıqları bildirilir.