Müsavat “WikiLeaks”in ictimai müzakirəsini istəyir

musavat-wikileaksin-ictimai-muzakiresini-isteyir
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, iclasda qərarların icra vəziyyəti və görülən işlər haqqında məlumat verilib. Partiyadaxili məsələlər bölməsində Gəncə şəhər və Saatlı rayon təşkilatının konfransları barədə məlumat dinlənilib və müsbət qiymətləndirilib.

Daha sonra 2 aprel mitinqində həbs olunanlar, o cümlədən Arif Hacılının səhhətindəki problem müzakirə olunub. Ölkədəki ictimai-siyasi vəziyyət də Divanda müzakirə mövzusuna çevrilib.

Yığıncaqda hazırda həbsdə olan Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və jurnalist İdrak Abbasın evlərinin qeyri-qanuni olaraq sökülməsi qətiyyətlə pislənilib.

Son günlər MTN-nin keçmiş müstəntiqi Ramil Hüseynovun və WikiLeaks saytının Azərbaycanla bağlı açıqlamaları barədə fikir mübadiləsi aparılıb. Bildirib ki, həmin materiallarla bağlı ölkədə geniş ictimai diskussiyalara ehtiyac var.

Toplantıda son vaxtlar ölkədə baş verən bahalaşma ilə bağlı müzakirələr aparılıb və qeyd edilib ki, bütün bunlar hakimiyyətin yarıtmaz iqtisadi siyasətinin və korrupsiyanın nəticəsidir.


Fatimə Kərimli