Müsavat yubiley üçün yer tapdı

musavat-yubiley-ucun-yer-tapdi
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə ölkənin tanınmış ziyalıları, yazarlar, partiya fəalları, müxtəlif partiyaların gənclər təşkilatlarının sədrləri iştirak edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinə partiyanın yubileyini qeyd etmək üçün yer ayrılması barədə müraciət etmişdi. Meriya isə cavabında bildirmişdi ki, bunun üçün meriyanın sərəncamında heç bir zal yoxdur. Buna görə də Müsavata özəl müəssisələrlə danışmaq təklif edilib.

Həmçinin, “Fridrix Naumann” Fondunun təşkilatçılığı Müsavat Partiyasının dəstəyi ilə oktyabrın 7-də “Ambassador” otelində forum keçirilməsi planlaşdırılsa da ötən gün adı çəkilən otel razılaşmadan imtina edib. Tədbirin ziyafət hissəsi ilə bağlı “Niaqara” restoranı ilə olan razılaşma da pozulub. Belə ki, eyni vaxtda “Niaqara”nın nümayəndəsi də təşkilatçı tərəflə əlaqə saxlayaraq sifarişin ləğv olunduğunu deyib. Hazırda forumun harada keçirləcəyi dəqiq məlum deyil.

Müsavat Partiyası həmçinin oktyabrın 7-də keçirəcəyi beynəlxalq konfrans da Müsavat Partiyasının qərargahında baş tutacaq. Bu barədə tədbirin təşkilatçısı Ərəstun Oruclu “Qafqazinfo”ya deyib: “Müsavat Partiyası bunu özü təklif etdi və tədbirə dəvət olunana qonaqlar da bunu qəbul etdi. “Ambassador” otelində keçirəcəyimiz tədbirə dəvət olunana bütün qonaqlar partiyanın qərargahında olacaq tədbirdə iştirak edəcəklər”. Ərəstiun Oruclu bildirib ki, tədbir saat 09.30-da başalyacaq və media nümayəndələri də burada iştirak edəcək.

Fatimə Kərimli