Müsəlmanlar Aşuranı qeyd edir – Video

muselmanlar-asurani-qeyd-edir-video
Oxunma sayı: 641

“Qafqazinfo” Türkiyə KİV-nə və ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyədə Aşura mərasimlərinə İran parlamentinin sədri qatılıb. Türkiyənin Bursa, İstanbul kimi şəhərlərində Məhərrəm ayının 10-cu günü olan Aşura mərasimi keçirilir. Aşuraya Türkiyədə səfərdə olan İran parlamentinin spikeri Əli Laricani də qatılıb

Əfqanıstanda da Aşura mərasimləri keçirilir. Əfqanıstanın paytaxtı Kabildə də Aşura ilə bağlı mərasim keçirilir. Mərasimlərə toplaşan çox sayda insan Məhəmməd peyğəmbərin nəvələrinin öldürülməsini özlərinə zəncir vuraraq qeyd edib.

Pakistanda isə Aşura ilə bağlı mərasimlərdə partlayış törədilib. Bu ölkədə Aşura günü ilə bağlı mərasim zamanı partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 20-ə yaxın şəxs yaralanıb.