Müşviq İsayevin xatirəsinə beynəlxalq turnir keçiriləcək

musviq-isayevin-xatiresine-beynelxalq-turnir-kecirilecek
Oxunma sayı: 929


“Qafqazinfo” xəbər verir ki, turnir 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

FİLA-nın mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda Azərbaycan pəhləvanları iləyanaşı, Rusiya, Gürcüstan, İran, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də mübarizə apacaq.

Turnirdə müvafiq çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək. 

Yarış 18 yanvar 2014-cü il tarixdə “Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək.