Müxalifət Konstitusiya Məhkəməsinə müraciət etdi

muxalifet-konstitusiya-mehkemesine-muraciet-etdi
Oxunma sayı: 645

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət partiyalarından ibarət Ermənistanın Milli Konqresi (EMK) bloku mayın 6-da keçirilmiş parlament seçkilərinin rəsmi nəticələrinin ləğv edilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Ermənistan KİV-nin verdiyi məlumata görə, müraciətdə deyilir ki, parlament seçkiləri zamanı qeydə alınmış çoxsaylı saxtakarlıq faktlarına əsasən EMK ədalətin bərpa edilməsini və parlament seçkilərinin rəsmi nəticələrinin ləğv edilməsini tələb edir.

AzərTAc