Nağılbazın dəfn mərasimindən - Fotolar

nagilbazin-defn-merasiminden
Oxunma sayı: 24006

Xəbər verdiyimiz kimi, dünən reper Anar Nağılbaz 44 yaşında dünyasını dəyişib.

“Qafqazinfo”nun əməkdaşı hazırda mərhum reperin Masazır qəsəbəsindəki evindədir. Artıq A. Nağılbazın dəfninə hazırlıq başlayıb.

Xəbəri eşidən yaxınları mərhumla vidalaşmağa gəlirlər.

Yas mərasiminə reperin sənət dostlarından hələ ki, qatılan yoxdur.

Xatırladaq ki, rep ustasının atası, keçmiş millət vəkili Rizvan Cəbiyev oğlunun qaraciyərin iflası nəticəsində vəfat etdiyini bildirib.

***

A. Nağılbaz Masazır qəbiristanlığında torpağa tapşırılıb.

Fotolar: Nuran Məmmədov