Nar Mobile “Nar dünyası”nı 37-yə çatdırdı

nar-mobile-nar-dunyasini-37-ye-catdirdi
Oxunma sayı: 649

22-27 dekabr tarixlərində Mingəçevir, Kürdəmir, Xaçmaz şəhərlərində və Bakı şəhəri F. Agayev küç. 14 ünvanında (Bakı Dövlət Universitetinin yanında) Nar Mobile tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzləri açılıb.

Yeni açılan “Nar Dünyası” satış və xidmət mərkəzlərinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də, Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq.

Açılış tədbirində qonaqları salamlayan Nar Mobile-ın Korporativ Kommunikasiyalar Şöbəsinin rəhbəri Elşad Fərzəliyev bütün abunəçiləri qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

Hazırda Bakı şəhərində Nar Mobile tərəfindən təqdim edilən 11 yeni “Nar Dünyası” satış və xidmət mərkəzləri fəaliyyət göstərir. Bölgələrdə isə 26 yeni “Nar Dünyası” satış və xidmət mərkəzləri olmaqla da yeni açılmış mərkəzlər müştərilərə yüksək keyfiyyətli xidmət təqdim edirlər.

Nigar Məmmədli