“Nar Mobile”dan şagirdlər və valideynlər üçün yeni xidmət

nar-mobiledan-sagirdler-ve-valideynler-ucun-yeni-xidmet-
Oxunma sayı: 645


“Qafqazinfo”nun məlumatına görə, E-Gündəlik xidməti vasitəsi ilə artıq valideynlər övladlarının təhsilinə nəzarət etmək imkanını əldə edəcəklər. Belə ki, yeni xidmətə əsasən şagirdlərin imtahan nəticələri, hər fənn üzrə aldığı qiymət, dərsdə iştirak edib - etməməsi haqqında məlumat valideynlərin nömrələrinə göndəriləcək.

E-Gündəlik sisteminə qoşulmaq üçün valideyn övladının adını, soyadını və atasının adı, oxuduğu orta məktəbin nömrəsini, oxuduğu sinif haqqında məlumatı SMS vasitəsi ilə 9988 qısa nömrəsinə göndərməlidir. Aylıq abunə haqqına görə abunəçidən 4.72 AZN (ƏDV daxil) çıxılacaq.

Qeyd edək ki, xidmət MSM şirkəti tərəfindən təqdim olunur və məktəblərdə yanvar ayının 8-dən etibarən istifadəyə verilib. Əlavə məlumatı aşağidakı internet səhifəsindən ala bilərsiniz:

http://narmobile.az/az/private/services/smsservices/E-diaryservice/