Naxçıvanda ana-bala bəbirlər - Video

naxcivanda-ana-bala-bebirler
Oxunma sayı: 3009

Naxçıvan Muxtar Respublikasının Həsən Əliyev adına Zəngəzur Milli Parkında ana və bala bəbirin foto və video görüntüləri qeydə alınıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fotolar nazirlik, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə 2018-ci ilin oktyabr ayında əldə edilib.

Dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qida obyektləri olan bezoar keçi, muflon kimi heyvan növlərinin sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.