Naxçıvanskidə metrodakı faciədə həlak olanlar anıldı

naxcivanskide-metrodaki-faciede-helak-olanlar-anildi
Oxunma sayı: 712


“Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, çıxış edənlər 19 il əvvəl baş vermiş partlayış zamanı Hərbi Liseyin zabiti baş leytenant Çingiz Babayev və 3 nəfər kursant - Nicat Səfərov, Samir Məmmədov və Ruslan İsayevi yad edərək onlar haqqında xatirələrilə bölüşüblər.

Bildirilib ki, faciə anında baş leytenant Ç.Babayev kursantları səfərbər etməklə bərabər özünü odun-alovun içinə ataraq, göstərdiyi misilsiz təşkilatçılığı və fədakarlığı sayəsində onlarla uşaq, qadın və qocanı ölümün pəncəsindən xilas edə biliblər.

Təəssüflər olsun ki, fədakar hərbi qulluqçularımız özləri amansız ölümün pəncəsindən qurtula bilməyiblər. Prezident Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli Fərmanı ilə faciə zamanı zərərçəkmişlərin xilas olunmasında xüsusi şücaət və qəhrəmanlıq göstərərək həlak olmuş Çingiz Babayevə (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmiş, kursantlar isə "İgidliyə görə" medalı ilə təltif olunublar.