Nazir ATƏT nümayəndəsi ilə görüşdü

nazir-atet-numayendesi-ile-gorusdu
Oxunma sayı: 669


Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
Görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət və danışıqların perspektivləri barədə fikir mübadiləsi aparılıb.