Nazir görüş keçirəcək

nazir-gorus-kecirecek
Oxunma sayı: 1140

Kənd təsərrüfatı naziri İnam Kərimov 25 yanvar, saat 11:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinləri ilə görüşəcək.  

“Qafqazinfo” xəbər verir ki, görüşdə iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-524-84-15) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.