Nazir ünvanlı sosial yardımın artımından danışdı

nazir-unvanli-sosial-yardimin-artimindan-danisdi
Oxunma sayı: 1216


“Qafqazinfo” verir ki, bunu iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov söyləyib.

Nazir qeyd edib ki, bu dövrdə respublika üzrə orta hesabla 128 min ailənin 560 min nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2300 nəfər az olmaqla, normal azalma meylini özündə əks etdirir. Ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133 manat olmuş və ya son bir ildə 10,5 faiz artmışdır. Bu yardımların maliyyələşdirilməsinə 6 ay ərzində 107 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çox vəsait xərclənib.