Nazirin istefasını istəyirlər - Putini toyuna çağırdığına görə

nazirin-istefasini-isteyirler
Oxunma sayı: 4211

Avropa parlamentinin Yaşıllar Partiyasından olan deputatı Mişel Raymon Rusiya prezident Vladimir Putini toyuna dəvət etdiyi üçün Avstriyanın xarici işlər naziri Karin Knayslın istefasını tələb edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Raymon Knaysl bu addımı könüllü atmasa, “prezidentə onun vəzifəsindən kənarlaşdırılması üçün” təklif irəli sürəcəyini bildirib. Deputatın sözlərinə cavab olaraq Avstriya XİN-dən bildirilib ki, toy şəxsi mərasimdir və Putinin səfərinin ölkənin xarici siyasəti ilə əlaqəsi yoxdur. 

Qeyd edək ki, Putin Knayslın toyunda iştirak etmək üçün avqustun 18-də Vyanaya gedəcək.