Nazirlə müavini təyyarə qəzasında öldü

nazirle-muavini-teyyare-qezasinda-oldu
Oxunma sayı: 6896

Paraqvayın kənd təsərrüfatı və heyvandarlıq naziri Luis Qneytinq 3 nəfərlə birlikdə təyyarə qəzasında dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, dünən səhər saatlarında Ayolas şəhərindən qalxan Baron BE58 yüngülmotorlu təyyarə bataqlıqda tapılıb. Göyərtədə olan Luis Qneytinq, nazir müavini Visente Ramres, nazirliyin əməkdaşı Luis Çarati və pilot Xerardo Lopez xilas ola bilməyib. Qəzanın səbəbi kimi ilkin ehtimal texniki nasazlıq göstərilir. Hazırda qəzanın səbəbləri araşdırılır. 

Qeyd edək ki, təyyarə Ayolasdan paytaxt Asunsona uçurmuş.