Nazirlik faktiki havanı açıqladı

nazirlik-faktiki-havani-aciqladi
Oxunma sayı: 1989

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava ilə bağlı məlumat yayıb. 

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, əsasən iyul ayının 12-də axşam qərb rayonlarından başlayaraq küləyin güclənməsi müşahidə edilir. 

Küləyin maksimal sürəti Gəncədə saat 16:08-16:20 radələrində 23-28 m/s, Tovuzda 26 m/s, Ağstafada 16-18 m/s, Şəmkirdə qərb küləyi 22 m/s-yə çatıb. Gədəbəydə 16:02-16:03 radələrində diametri 11 mm olan dolu qeydə alınıb. Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək.