Nazirlik “Polisdən arayış almaq müsibət”nə reaksiya verdi

nazirlik-polisden-arayis-almaq-musibetne-reaksiya-verdi
Oxunma sayı: 3944


Ucar rayon sakini Rövşən Hacıyevin müraciəti əsasında hazırlanmış və “Qafqazinfo.az” saytının 26.02.2014-cü il tarixli xəbər bülletenində yerləşdirilmiş "Azərbaycanda polisdən arayış almaq müsibəti" başlıqlı yazıda sığorta ödənişinin polisin günahından ləngiməsi barədə səslənmiş fikirlər həqiqəti əks etdirmir və onların heç bir hüquqi əsası yoxdur.

Zərərçəkmiş şəxs Rövşən Hüseynova icbari sığorta verilməsinə dair Suraxanı RPİ İstintaq şöbəsinə cari il fevralın 7-də daxil olmuş müraciətə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sıcortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayış tərtib edilərək fevralın 18-də İcbari Sığorta Bürosuna göndərilmiş, fevralın 20-də isə Rövşən Hüseynova 2510 manat məbləğində sığorta pulu ödənilmişdir. Elə bu faktdan da görünür ki, yazıda sığorta ödənişinin polis əməkdaşlarının günahı ucbatından ləngiməsi barədə ərizəçinin iddiaları qərəzlidir və qeyri-obyektivdir.