Nazirlik qəza ilə bağlı məlumat yaydı

nazirlik-qeza-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 651

“Qafqazinfo”nun FHN-in rəsmi saytına istinadən məlumatına görə, Bakı şəhəri, Suraxanı rayonunda (aeroport yolunda) sürücülərinin şəxsiyyəti məlum olmayan "SHACMAN" və "GMC" markalı iki yük avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "SHACMAN" markalı avtomobil deformasiyaya uğrayıb və avtomobilin sürücüsü xəsarət alıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib.