Nazirlik və poçt işçiləri Ukraynada konfransdadırlar

nazirlik-ve-poct-iscileri-ukraynada-konfransdadirlar
Oxunma sayı: 634

RİTN-dən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirin təşkilatçıları qismində Regional Rabitə Birliyi (RRB), Ümumdünya Poçt İttifaqı və Ukrayna Rabitə Administrasiyası çıxış edirlər. Konfransda “Azərbaycanda kompleks poçt islahatları və inkişaf planı” mövzusunda Azərpoçt MMC-nin baş direktor müavini Sübhan Kazımov çıxış edib.

Qeyd edək ki, Ukrayna paytaxtında keçirilən müzakirələrdə MDB ölkələrinin poçt operatorlarının nümayəndələri, Ümumdünya Poçt İttifaqının və bir sıra beynəlxalq poçt təşkilatlarının nümayəndə heyətləri iştirak edir.

Bundan əlavə, sentyabrın 8-də Kiyevdə RRB-nin Poçt rabitəsi üzrə Komissiyasının və Poçt operatorları Şurasının birgə 33/22-ci iclası da keçiriləcək. Tədbirdə RİTN-nin poçt sektorunun müdiri Novruz Məmmədov “Azərbaycanda maliyyə xidmətlərinin inkişaf layihəsi” haqqında ətraflı təqdimat edəcək.

Nigar Məmmədli