Nazirlikdəki müsabiqənin yekun təqdimatı oldu

nazirlikdeki-musabiqenin-yekun-teqdimati-oldu
Oxunma sayı: 705


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, beynəlxalq təşkilatların, aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirin məqsədi müsabiqələrin nəticələrinin elan edilməsi və icra ediləcək layihələr haqqında məlumatların ictimaiyyətə təqdim edilməsi olub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov çıxış edib. O, prezidentin «Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında» 9 yanvar 2013-cü il tarixli sərəncamınəhəmiyyətindən danışıb: “Sərəncam sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara göstərilən sosial xidmətlərdə nəzərə çarpan keyfiyyət yüksəlişinə nail olmağa şərait yaradır. Həmçinin bu sənəd sosial xidmətlər sahəsində vətəndaş cəmiyyətləri ilə əməkdaşlığın daha sistemli və dolğun şəkildə qurulması üçün mühüm bir stimuldur”.

Sonda müsabiqələrin nəticələri elan edilib və icra ediləcək layihələr haqqında məlumatlar ictimaiyyətə təqdim olunub.