“Neftçi” “Partizan”ı şikayət edəcək?

neftci-partizani-sikayet-edecek
Oxunma sayı: 647

“Qafqazinfo”nun Azerisport.az-a istinadən verdiyi xəbərə görə, buna səbəb serbiyalı azarkeşlərin xoşagəlməz plakat çıxarmasıdır.

Belə ki, “Partizan”ın “Qrobari” (Qəbir qazanlar) adlı azarkeş qrupu oyun zamanı tribunada tərcüməsi təxminən “Azərbaycanda qaraçı köynəyində yaşayan uzunburun meymun banan dalınca gəlib”olan plakat qaldırıblar.
Belə olacağı halda isə UEFA irqçiliyə görə Serbiya təmsilçisini cəzalandıra bilər. Oxşar olaylara qarşı sərt tədbirlər görən qitə futbol qurumu hətta komandalara texniki məğlubiyyət də verir.