“Neftçi”nin büdcəsi açıqlandı

neftcinin-budcesi-aciqlandi
Oxunma sayı: 647

“Qafqazinfo”nun Qol.Az-a istinadən verdiyi məlumata görə, o, bu haqda “İnter”lə görüş ərəfəsində İtaliyanın məşhur “La Gazetta Dello Sport” nəşrinə müsahibəsində bildirib.

S.Sadıqov deyib ki, “Neftçi”nin illik büdcəsi 7 milyon avro təşkil edir. “Bizdə ən yüksək pul alan futbolçunun gəliri isə 300 min avrodur” – deyə o vurğulayıb.

"İnter"lə də qarşıdakı oyuna toxunan S.Sadıqov bildirib: "Belə bir rəqiblə oynamaq bizim arzumuz idi. Amma bu, artıq gerçəkliyə çevrilib. İndi arzumuz "İnter"ə qalib gəlməkdir. Bizim itirəcək bir şeyimiz yoxdur. Əgər Avroliqada qrup mərhələsini keçsək, komandaya yeni futbolçular alınacaq" - deyə o vurğulayıb.