““Neftçi”nin şansı 50-nin 50-yədi”

neftcinin-sansi-50-nin-50-yedi
Oxunma sayı: 644

Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev klublarımızın çıxışını dəyərləndirib. O, “Qafqazinfo”ya verdiyi açıqlamada hər iki klubdan qələbə gözlədiyini bildirib: “Fikrimcə, bu gün hər iki klubumuz mərhələ adlayacaq və “Xəzər Lənkəran”ın uğurunu təkrarlayacaq. “İnter” artıq vəzifənin öhdəsindən gəlib. Cavab görüşü formal xarakter daşıyır. “Bakı” isə məsələni bu gün həll etməlidi. Komandada bu potensial var. “Bakı” həm heyətinə görə, həm də maliyyə durumuna, şəraitinə görə “Mura”dan bir baş üstündür. Ona görə də bu rəqibi keçmək problem olmamalıdı.

Ş. Diniyev Çempionlar Liqasında iştirak edəcək “Neftçi”nin də çıxışına münasibət bildirib: “Çempionlar Liqası fərqli turnirdi. “Neftçi”nin mərhələ keçmək şansı 50 %-di. Çünki “Neftçi” də, “Zestafoni” də eyni səviyyəli komandalardı. Hər ikisi güclüdü. Bununla belə, düşünürəm ki, rəqib “Neftçi”nin “dişinə görədi”. Ağıllı oynayıb mərhələni keçmək olar”.
Qeyd edək ki, “İnter” ilk oyunda “Trans”ı 5:0 hesabı ilə məğlub edib. “Bakı” isə “Mura” ilə qolsuz bərabərlik əldə edib – 0:0.

Ceyhun Əhmədov