“Nəqliyyat Departamentinin işçiləri sənədlərimi alıb qaçdılar”

neqliyyat-departamentinin-iscileri-senedlerimi-alib-qacdilar
Oxunma sayı: 642

Bu barədə “Qafqazinfo”ya vətəndaş Mehman Mahmud şikayət edərək bildirib. O, sənədlərinin Nəqliyyat Departamentinin işçiləri tərəfindən aldığını iddia edib: “Maşınımı yolun kənarında saxlamışdım. Həmin vaxt maşında olan bir yaxınım düşüb getdi. Elə bu zaman mənə departamentin işçiləri yaxınlaşdı və şəxsiyyət vəsiqəmi istədi. Daha sonra da maşının sənədlərinə baxmaq istədilər. Mən də təqdim etdim və departament işçiləri sənədimi götürüb qaçdılar”.

Şikayətçi avtomobilinin onun şəxsi mülki olduğunu və yaxını, tanışını avtomobildə hər yerə aparmaq hüququ olduğunu vurğulayıb: “Mən saç ustasıyam, amma məni taksi sürücüsü olmaqda ittiham edirlər. Müstəntiq dedi ki, bu belə də olmalıdır və iki gündür bu məsələ ilə bağlı çarəsiz qalmışam”.

Gülnar