Nərimanov rayonunda qaz olmayacaq

nerimanov-rayonunda-qaz-olmayacaq
Oxunma sayı: 670

ANS PRESS-in Dövlət Neft Şirkətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cari təmir işlərinin aparılması ilə əlaqədar noyabrın 22-də saat 18:00-a qədər Əzizbəyov qazpaylayıcı stansiyasından şəhərə gələn qaz xəttində təchizat dayandırılacaq. Təmir müddətində Nərimanov rayonunun Heydər Əliyev prospekti, Ağa Nemətulla, Təbriz, Arif Heydərov, Murtuz Nağıyev küçələrinin və Böyük Şor qəsəbəsinin təbii qaz təchizatında fasilələr yaranacaq.