Nərimanovda prokurorluq əməkdaşları mükafatlandırıldı - Fotolar

nerimanovda-prokurorluq-emekdaslari-mukafatlandirildi
Oxunma sayı: 8035

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdən öncə Rayon İcra Hakimiyyəti və Rayon Prokurorluğunun rəhbərliyi İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyi və qarşıdan gələn prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Rayon Prokurorluğunun əməkdaşlarının timsalında bütün prokurorluq əməkdaşlarını təbrik edərək onlara dövlətimizin və dövlətçiliyimizin cinayətkar qəsdlərdən qorunması istiqamətindəki yorulmaz fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra çıxış edən Rayon Prokuroru Vüqar Əliyev səmimi təbriklərə görə öz adından və rəhbərlik etdiyi qurumun kollektivi adından rayon rəhbərliyinə dərin minnətdarlıq bildirərək, xalqımızın rifahı naminə Heydər Əliyev ideallarına sədaqət nümayiş etdirəcəklərini, qanunla üzərlərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklərini, qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətlərini daim gücləndirəcəklərini, insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı mübarizədə barışmaz mövqe tutacaqlarını əmin edib.

Sonda xidməti fəaliyyətində fərqlənən Rayon Prokurorluğunun bir qrup əməkdaşına Rayon İcra Hakimiyyətinin Fəxri fərman və hədiyyələri təqdim edilib.