Nərimanovda yaşayış binasında yanğın olub

nerimanovda-yasayis-binasinda-yangin-olub
Oxunma sayı: 1449

Bakının  Nərimanov rayonunda yanğın baş verib.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda  doqquzmərtəbəli yataqxananın 3-cü mərtəbəsində, pilləkən qəfəsində elektrik sayğacları yanıb.
 
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.