Nəsimi rayonunda növbəti səyyar qəbul keçirildi - Foto

nesimi-rayonunda-novbeti-seyyar-qebul-kecirildi
Oxunma sayı: 1024

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 4-cü mikrorayon H.Seyidzadə küçəsi 28 ünvanında növbəti səyyar qəbul keçirib, sakinlərin müraciətlərini dinləyib.

“Qafqazinfo” xəbər verir ki, mikrorayonda, o cümlədən Mir Cəlal, H.Seyidzadə, M. Kazımovski, H.B. Əliyev, A.Mustafayev küçələrində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak ediblər.

Sakinlərdən Zeynalova Nəzakət, Aslanova Tərlan, Paşayeva Rəna, Bünyatov Mübariz, Məlikova Südabə, Rəhimov Əvəz, Cəfərov Ruslan və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, məişət tullantıları qutularının yerinin dəyişdirilməsi, yaşıllqların suvarılması, damlardakı su çənlərinin yığışdırılması, mənzil növbəsi, avtomobillərin həyətdə hərəkəti barədə müraciətlər etmiş, təkliflər irəli sürüblər.

Asif Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin tərəqqisi istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, bildirib ki, İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər əhalinin sosial müdafiəsi istiqamətində görülən işlərin bariz nümunəsidir.