Netanyahu Moskvaya səfər üçün yeni tarix müəyyənləşdirəcək - Yenilənib

netanyahu-moskvaya-sefer-ucun-yeni-tarix-mueyyenlesdirecek
Oxunma sayı: 1725

İsrail baş naziri Binyamin Netanyahu fevralın 21-i Moskvaya planlaşdırılmış səfərini təxirə salıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti yazıb.Nəşrin məlumatına görə, o, ölkədə daxili siyasi vəziyyət gərgin olduğuna görə səfərini ləğv edib.

Qeyd edək ki, B. Netanyahunun Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulmuşdu.

***

İddialara görə, iki lider bu gün telefonla danışacaq və sözügedən görüşün yeni tarixini müəyyənləşdirəcək.

Qeyd edək ki, təxirə salınan görüş keçən il sentyabr ayında Rusiyaya məxsus hərbi təyyarənin Suriyada vurulmasından sonra iki ölkə arasında yaranmış gərginlikdən sonra keçiriləcək ilk görüş olacaqdı.