Nizami rayonunda anım tədbiri keçirildi

nizami-rayonunda-anim-tedbiri-kecirildi
Oxunma sayı: 1532

Nizami Rayon İcra Hakimiyyətində Heydər Əliyevin anım günü münasibətilə “Milli dövlətçilik tariximizin Heydər Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan icra başçısı Arif Qasımov Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb.

Daha sonra YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək, ölkəmizin iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə qadir olmasının H.Əliyevin siyasətinin məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda Nizami Rayon Mədəniyyət Mərkəzinin hazırladığı kompozisiya ilə aktyor Niyaz İlyasoğlu Heydər Əliyevə həsr edilmiş “Hələ çiynimizdədir uğurlu əlin sənin” şeiri ilə, müğənni Mütəllim Mütəllimov isə “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnısını ifa ediblər.