Nizamidə anım günü münasibətilə tədbir keçirilib

nizamide-anim-gunu-munasibetile-tedbir-kecirilib
Oxunma sayı: 693

Nizami Rayon İcra Hakimiyyətində Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə “Ölməz dahi şəxsiyyət” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə müəssisələrinin, ictimai təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbirdə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ümummilli Liderə həsr edilmiş film nümayiş etdirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək H. Əliyevin respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olduğunu, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoyduğunu qeyd edib. Bildirib ki, Azərbaycan xalqının qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.

Sədaqət Vəliyeva və Milli Məclisin deputatı Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova  şərəfli  və mənalı ömrünü  ölkəmizin tərəqqisinə həsr etmiş Heydər Əliyevin  müasir Azərbaycan dövlətçiliyinin ideloji-siyasi əsaslarını yaratdığını və öz xalqını həqiqi müstəqilliyə qovuşdurmaqla ictimai şüurda əbədiyaşarlıq hüququnu qazandığını söyləyib.