“Nokia 7 plus”un özəllikləri sızdırıldı

nokia-7-plusun-ozellikleri-sizdirildi
Oxunma sayı: 1836

Mobil Dünya Konqresinin (MWC) 2018-ci ildə rəsmən elan edilməsi gözlənilən “Nokia 7 plus”un özəllikləri sızdırılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, görünüşə görə, “Nokia 7 plus” ikili lens (12MP + 13MP) Zeiss arxa kamera və 4GB RAM / 64GB ROM yaddaşında olacağı gözlənilir. 

Sızdırılan özəlliklər arasında Tetracell texnologiyasına sahib 16 meqapikselli Zeiss ön kamerası, 18:9 boy nisbəti  və Corning Gorilla Glass örtüyü, həmçinin Android 8.0 Oreo və USB Type C əlaqə nöqtəsi olan böyük 15.24 sm-lik  ekran da daxildir.

Ülviyyə