Nur-Sultandan qalxan təyyarə Şeremetyevoda məcburi eniş edib

nur-sultandan-qalxan-teyyare-seremetyevoda-mecburi-enis-edib
Oxunma sayı: 1060

“Air Astana” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Moskvanın Şeremetyevo hava limanında məcburi eniş edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, layner Nur-Sultandan havaya qalxıb. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.

Hazırda aeroportun operativ xidmət əməkdaşları hadisə yerindədilər.