Nuranın oğlu birinci oldu - Fotolar

nuranin-oglu-birinci-oldu
Oxunma sayı: 2667

Müğənni Nura Surinin oğlu David növbəti uğura imza atıb. "Qafqazinfo"  xəbər verir ki, anasının və ailəsinin üzünü güldürən kiçik oğlu Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin təşkil etdiyi 8-9 yaşlı uşaqlar arasında keçirilən ciu-citsu yarışlarında 34 kq çəki dərəcəsində yarışıb.

David döyüşlərdə bütün rəqiblərinə qalib gələrək yarışın sonunda birinci yerə layiq görülüb.

Xatırladaq ki, Nura Suri uzun müddət boks idman növü ilə məşğul olub. Müğənninin böyük oğlu peşəkar futbol və qaydasız döyüşlə, ortancıl oğlu isə ciu-citsu idmanı ilə məşğul olur. David də ortancıl qardaşının izindən gedərək bu idman növünə maraq salıb.

O da qardaşları kimi bir neçə idman yarışının qalibi və bir çox medalın sahibidir. 9 yaşlı David ciu-citsu üzrə isə dörd dəfə qalib olub.