O da ömürlük futboldan uzaqlaşdırıldı - AFFA-dan qərar

O da ömürlük futboldan uzaqlaşdırıldı
Oxunma sayı: 2192

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, yığıncaqda danışılmış oyunlarla bağlı növbəti sərt qərar verilib.

Belə ki, “İnter”in (hazırkı “Keşlə”) və “Neftçi”nin sabiq əməkdaşı Ağakişi Mehdizadə barədə araşdırma yekunlaşıb. “Ağ-qaralar”ın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və məşqçi-metodist kimi çalışan Mehdizadənin assosiasiyaya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə ona futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.
 
Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırmanın davam etdirilməsinə də qərar verilib.
 
Sanksiyaya məruz qalan Mehdizadə bu qərarı aldıqdan sonra 15  gün ərzində AFFA-nın Apelyasiya Arbitraj Tribunalına qərarla bağlı apelyasiya şikayəti verə bilər.
 
Qeyd edək ki, bunadək “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidov da ömürlük cəzalandırılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi