“O müğənnilər qorxaqdır”

o-mugenniler-qorxaqdir-
Oxunma sayı: 1459


“Qafqazinfo”ya açıqlamasında prodüser Tolik müğənni Sevda Yahyayevanın yeni mövsümdə görəcəyi işlər haqqında danışarkən bildirib: “Sevda artıq yeni mahnılar üzərində işləyir. Yerli müğənnilərin biri ilə də duet oxuyacaq. Amma adını söyləməyəcəm. Qoy hamıya sürpriz olsun. Çünki həmin müğənninin kimliyi hər kəsi çox təccübləndirəcək”. 

Prodüser müğənninin “Yaşıl” teatrda verəcəyi solo konsertindən də danışıb: “Sentyabrın 8-i Nahid Emiloğlunun təşkilatçılığı ilə Sevdanın “Yaşıl” teatrda solo konserti keçiriləcək. “Yaşıl” teatrda silsilə konsertlər keçirilir və bu konsertlərin reklamı heç yerdə getmir. Solo konsert olsa da, Sevda xüsusi hazırlaşmır. Aldığım son məlumata görə, biletlərin əksəriyyəti satılıb. Konsertləri maraqlı olduğu üçün Sevdanın dinləyici auditoriyası da böyükdür. Hər kəs sevə-sevə onun konsertinə gəlir. Düşünürəm ki, konsert verməyən müğənnilər qorxaqdır. Çünki bilirlər ki, biletləri satılmayacaq və ziyana düşəcəklər”. 

Könül