“O nazirləri niyə hələ də vəzifədə saxlayırsan?” - - Kılıçdaroğludan Ərdoğana

o-nazirleri-niye-hele-de-vezifede-saxlayirsan-
Oxunma sayı: 2817


 
CHP sədri Kemal Kılıçdaroğlu rüşvət və qaçaqmalçılıq əməliyyatı ilə bağlı hökuməti ittiham edərək Ərdoğan haqqında “mafiya sənsən, mafiya başçısı sənsən” ifadəsini işlədib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kılıçdaroğlu əməliyyatın gedişi ilə bağlı ona məlumat verilməməsindən şikayət edən baş nazirə sərt cavab verib:

“14 aydır mənə xəbər verilmədi deyir, niyə xəbər verilməli idi? Sənə xəbər vermək cinayətdir. "Mənə xəbər verin, mən tədbir görüm. Xəbər verməyəni isə mafiya başçısı elan edərəm”deyir. Mafiya da sənsən, mafiya başçısı da. Dəniz Fənəri olayında əvvəlcədən xəbər verdilər, araşdırıldımı? Xeyr. Demokratiyanın olmadığı yerlərdə totalitar rejimlər var, belə şeylər orada olur. 

Rüşvətxorluğu ört-bastır etmək üçün çalışırlar. Dövlət içində şəbəkə var deyirlər, polis rəislərini dəyişdirirlər. Bəs oğrunun heç günahı yoxdur? Nazirləri kreslolarında, övladları polis nəzarətində. Dövlətin imkanlarından istifadə edərək üstünü örtməyə çalışırlar. Sən o nazirləri niyə hələ də vəzifədə saxlayırsan? Saxlayırsan çünki sən də o rüşvətxorluğun bir parçasısan. O kreslolar onların atalarının mülkü deyil”.