Obama belə and içdi - Video

obama-bele-and-icdi-video
Oxunma sayı: 646

ABŞ prezidenti Barak Obamanın dünən andiçmə mərasimi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, Ağ evdə keçirilən mərasimdə prezidentin ailə üzvləri iştirak edib. Lakin ictimaiyyət üçün mərasim bu gün təkrarlanacaq.

Obama əlini xanımı Mişelin nənəsi Lavon Delores Robinsona məxsus Bibliyaya qoyaraq and içib.

And içəndən sonra Obama Robertsin əlini sıxıb, arvadı və qızlarını öpüb, sonra da ailəsinə deyib: "Mən bunu etdim!"

Qeyd edək ki, Birləşmiş Ştatların prezidenti olmaq “dünyanın ən ağır işi” sayılır. Amma qarşıda duran sınaqlar bu ümid dolu bir günlə başlayır.