Obama Qarabağdan danışdı

obama-qarabagdan-danisdi
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Obama Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün gedişində bildirib. Bundan əlavə, ABŞ prezidenti Rusiyanın Liviyadakı böhranın siyasi həllinə nail olmaq üçün göstərdiyi vasitəçilik səylərini dəstəklədiyini qeyd edib. O, həmçinin Müəmmar Qəddafinin siyasi səhnədən gedəcəyi və Liviyada demokratik dəyişikliklərə səbəb olacaq danışıqları dəstəkləməyə hazır olduğunu vurğulayıb. Obama və Lavrov İranın nüvə proqramı ilə öz öhdəliklərini yerinə yetirməməsi, həmçinin Suriya və Yəməndə siyasi dəyişikliklərdə beynəlxalq ictimaiyyətin rolu məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, Rusiyanın xarici işlər nazirinin ABŞ-a səfəri çərçivəsində Dmitri Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son təkliflərini Obamaya təqdim etməli idi.

Səidə Teyyubqızı