Oğrular tutuldu – Kriminal xəbər

ogrular-tutuldu-kriminal-xeber
Oxunma sayı: 685

Yanvarın 13-də Binə qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elnur Sarıyev və Cəlil Mirzəyev Əzizağa Rəsulovu döyüb xəsarət yetirərək pulunu əlindən aldıqlarına görə Xəzər RPİ 2-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.

Yanvarın 12-də Şağan qəsəbə sakini Qəhrəman Əliyevə məxsus həmin qəsəbədə yerləşən mağazadan qapını sındırma yolu ilə ərzaq malları oğurlanıb. Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Tural Həsənov yanvarın 13-də yaxalanıb. Müəyyən edilib ki, o, noyabrın 19-da Tağıyev küçəsində Veyis Abdullayevə məxsus bağ evindən pəncərədən keçmə yolu ilə 100 manat, qızıl-zinət əşyaları, tuner və təmir alətləri oğurlayıb.

Dekabrın 7-də naməlum şəxs Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Aynurə Mahmirzəyevanın içərisində 150 manat, sənəd və kosmetik əşyalar olan əl çantasını alıb qaçıb. Binəqədi RPİ 6-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Gəncə şəhər sakini Amin Qasımov yanvarın 13-də yaxalanıb.

Səbail RPİ PPXB və 9-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddələrilə axtarışda olan Emil Vəliəhmədov yanvarın 13-də yaxalanıb.

Yanvarın 8-nə keçən gecə Lökbatan qəsəbəsində kirayədə yaşayan Gəncə şəhər sakini Rövşən Mehdiyevin cibindən 2 min ABŞ dolları və 18 manat oğurlanıb. Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Teymur Quliyev yanvarın 13-də yaxalanıb.

Dekabrın 3-ü 2011-ci il tarixdə Lökbatan-Xocahəsən yolunda yerləşən Bakı şəhər sakini Elçin Qurbanlıya məxsus anbara çəkilmiş 30 metr elektrik kabeli, yanvarın 5-nə keçən gecə Lökbatan qəsəbəsində yerləşən Qaradağ rayon telefon qovşağına məxsus 50 metr uzunluğunda internet xidməti kabeli oğurlanıb. Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ucar rayon sakini Sənan Hümbətov yanvarın 13-də yaxalanıb.

Yanvarın 12-də H.Əliyev küçəsində 2 naməlum şəxs Xırdalan şəhər sakini Elnarə Xəlilovanın içərisində 25 manat, şəxsi sənədlər və ödəmə qəbzləri olan əl çantasını alaraq qaçıb. Soyğunçuluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Ruslan Quliyev və Aynurə Quliyeva Nəsimi RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 20-ci PB-yə təhvil veriliblər. Onların üzərlərinə keçirilən baxış zamanı Aynurə Quliyevanın üzərindən 1 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.