Ohanyan güclü ordudan danışdı

ohanyan-guclu-ordudan-danisdi
Oxunma sayı: 661

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Ermənistanın Müdafiə naziri Seyran Ohanyan hərbi qulluqçularla görüşü zamanı deyib. Ermənistan müdafiə nazirliyini mətbuat xidmətinin məlumatına əsasən, görüş zamanı nazir hərbi qulluqçuların xidmət şəraiti ilə tanış olub, çıxışı zamanı orduda islahatlar, həmçinin zabit və əsgər münasibətlərinə də toxunub. Ermənistan rəhbərliyinin Qarabağ probleminin nizama salınmasında mövqeyinin danışıqların nəticəsi olaraq sülh yolu ilə həll edilməli olduğunu deyən Ohanyan sərhədlərin qorunması üçün döyüş qabiliyyətli ordunun olmasını vacib hesab edib.

Səidə