Ölümü mətbuatdan gizlədilirdi, üstü açıldı - Fotolar

olumu-metbuatdan-gizledilirdi-ustu-acildi
Oxunma sayı: 3704

Antalya şəhərinin Belek bölgəsində əyləncə mərkəzlərinin birində şoudan öncə məşq edən 3 kolumbiyalı akrobat 12 metr yüksəklikdən yerə yıxılıb.

“Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 37 yaşlı Angeliqe Suarez dünyasını dəyişib, digər 2 nəfər xəsarət alıb. 

Suarezin təxminən 3 aydır Türkiyədə çalışdığı, cənazəsinin ölkəsinə göndərildiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb. 

Məlumata görə, akrobatın ölüm xəbəri Türkiyə mətbuatından gizli saxlanılıb. Belə ki, Suarezin faciəvi ölümü Kolumbiyada səs-küylə qarşılanıb. Televiziyalar xəbəri Antalya ilə canlı bağlantı quraraq izləyicilərə çatdırıblar. Daha sonra bu xəbər Türkiyə mətbuatında yayılıb.