“Ona doğru qaçdım, mühafizəçilər imkan vermədi - Rəşad təxribatdan danışdı

ona-dogru-qacdim-muhafizeciler-imkan-vermedi
Oxunma sayı: 2638

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasında “Arsenal”la matçda erməni təxribatı barədə danışıb.

“Qafqazinfo”ya açıqlama verən təcrübəli futbolçu qondarma Dağlıq Qarabağ Respublikası bayrağı ilə meydana qaçan azarkeşdən bayrağı almaq istədiyini bildirib:

 “Gördüm ki, “Arsenal”ın qapısı tərəfdən bir təxribatçı azarkeş qondarma “respublika bayrağı” ilə qaçır. Əlindəki əskini almaq üçün ona doğru qaçdım, amma mühafizəçilər imkan vermədi. Bu təxribatdır. Çox danışmaq istəmirəm. Çünki borcumuzdur və borcumuzu yerinə yetirməyə çalışdıq”.