Ordumuzun istefada olan polkovnik-leytenantı Türkiyədə vəfat edib

ordumuzun-istefada-olan-polkovnik-leytenanti-turkiyede-vefat-edib
Oxunma sayı: 2962

Fevralın 19-da günorta saatlarında Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasında müalicə alan istefada olan polkovnik-leytenant Mirzəyev Əliyaz Ələddin oğlu uzun sürən onkoloji xəstəlikdən (xərçəngdən) sonra vəfat edib.

"Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səhhətindəki problemlərlə əlaqədar 2016-cı ilin noyabrında ordu sıralarından istefaya çıxan Ə.Mirzəyevin müalicəsi Silahlı Qüvvələrin Baş Kilinik Hospitalında, eləcə də Müdafiə Nazirliyinin xətti ilə ölkənin müxtəlif tibb müəssisələrində və 3 dəfə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasında davam etdirilib.

İstefada olan polkovnik-leytenant Ə.Mirzəyevin cənazəsinin Türkiyədən Bakıya gətirilməsi və dəfn mərasimi ilə bağlı müvafiq tədbirlər Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcək.