Orfoqrafiya qaydaları layihəsi bu həftə Nazirlər Kabinetinə təqdim ediləcək

orfoqrafiya-qaydalari-layihesi-bu-hefte-nazirler-kabinetine-teqdim-edilecek
Oxunma sayı: 1054

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini təsdiqlənməsi üçün bu həftə Nazirlər Kabinetinə (NK) təqdim edəcək.

"Qafqazinfo" xəbər verir ki, bunu Trend-ə Orfoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, layihənin əvvəlki variantında 69 maddə olsa da, təklif edilən bəzi maddələr qəbul edilməyib və layihədən çıxarılıb. Buna görə də layihənin sonuncu variantı 62 maddə ilə NK-ya təqdim ediləcək.